Bank Respublika - Application Architector
UNEC-də ali təhsil almış, proqramlaşdırma sahəsində 9 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. Karyerası ərzində Azərbaycanın bir sıra yerli banklarında çalışaraq bank sektorunda informasiya texnologiyaları və proqram təminatının hazırlanması istiqamətində geniş praktiki bilik və bacarıqlar əldə etmişdir. Bununla yanaşı, xaricdə Backend Developer vəzifəsində fəaliyyət göstərərək beynəlxalq iş mühitində təcrübə qazanmış, proqram təminatının hazırlanması və backend sistemlərinin inkişafı sahəsində peşəkar biliklərini daha da təkmilləşdirmişdir. Hazırda Bank Respublika ASC-də Application Architect vəzifəsində çalışır. Bu vəzifə çərçivəsində tətbiqi proqram təminatının arxitekturasının layihələndirilməsi, texniki həllərin hazırlanması, sistemlərarası inteqrasiyanın təşkili və proqram təminatının effektivliyinin artırılması istiqamətində fəaliyyət göstərir. Çoxillik proqramlaşdırma təcrübəsi və bank sektorunda qazandığı biliklər ona mürəkkəb texniki məsələlərin həlli, biznes tələblərinin texnoloji həllərə çevrilməsi və proqram təminatının inkişaf proseslərinin optimallaşdırılması sahəsində peşəkar yanaşma formalaşdırmağa imkan vermişdir.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56