Hal-hazırda Bank Respublika – Leading Frontend Developer olaraq çalışır.
Bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında, magistr təhsilini isə İstanbul Aydın Universitetində Kompüter Mühəndisliyi ixtisası üzrə tamamlamışdır. 2024-cü ilin oktyabr ayından etibarən Bank Respublika-da Leading Frontend Developer vəzifəsində fəaliyyət göstərir. Bu müddətdə ReactJS, NodeJS və ElectronJS texnologiyalarından istifadə edərək yüksək performanslı web və desktop tətbiqlərin hazırlanması, kod keyfiyyətinin təmin edilməsi, code review proseslərinin aparılması və tətbiqlərin performans optimizasiyası istiqamətində çalışır. Mart 2023 – Oktyabr 2024 tarixlərində Clopos MMC şirkətində Senior ReactJS (NextJS) Developer kimi fəaliyyət göstərmişdir. Bu müddətdə React və Next.js texnologiyalarından istifadə edərək daxili sistemlərin və korporativ web platformaların hazırlanmasında iştirak etmişdir. Layihələrdə dinamik formaların hazırlanması, pagination və sorting mexanizmlərinin qurulması, həmçinin müasir və istifadəçi yönümlü UI həllərinin tətbiqi üzərində çalışmışdır. 2017–2023-cü illərdə Kalem Yazılım şirkətində Senior Angular Developer və Team Lead kimi fəaliyyət göstərmişdir. Bu dövrdə ERP sistemləri üçün böyük miqyaslı web və mobil tətbiqlərin hazırlanmasına rəhbərlik etmiş, Angular əsaslı korporativ sistemlərin arxitekturasının qurulması və inkişaf etdirilməsi üzərində çalışmışdır. Eyni zamanda komanda idarəçiliyi, code review və layihələrin texniki istiqamətləndirilməsi proseslərində aktiv rol oynamışdır. Peşəkar fəaliyyəti ərzində Angular, ReactJS, React Native, NextJS, NodeJS, ElectronJS, TypeScript, SASS, REST API, MySQL və müxtəlif frontend ekosistemləri ilə geniş təcrübə qazanmış, miqyaslana bilən və yüksək performanslı proqram təminatı həllərinin hazırlanmasında iştirak etmişdir.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56