A-Solutions - Senior IT Business Analyst
A-Solutions- Senior IT Business Analyst Hazırda A-Solutions şirkətində Senior IT Business Analyst vəzifəsində fəaliyyət göstərir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-nın “Dövlət və bələdiyyə idarə edilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 8 illik peşəkar iş təcrübəsinə malikdir, 7 il bank sektorunda müxtəlif layihələr və məhsullar üzərində çalışaraq maliyyə texnologiyaları, rəqəmsal bankçılıq və biznes proseslərinin optimallaşdırılması istiqamətində dərin bilik və təcrübə qazanmışdır. Son 3 ildən artıq müddətdə isə İT Biznes Analitik olaraq fəaliyyət göstərərək çoxsaylı uğurlu layihələrin həyata keçirilməsində əsas rol oynamışdır. O, biznes tələblərinin texniki həllərə çevrilməsi, sistem inteqrasiyaları, rəqəmsal məhsul inkişafı, API və mikroservis arxitekturaları, ödəniş sistemləri, kredit və maliyyə həlləri, həmçinin proseslərin BPMN modelləşdirilməsi sahələrində geniş praktiki biliklərə malikdir. Texniki komandalar və biznes tərəfləri arasında effektiv kommunikasiya qurmaq, mürəkkəb texniki məsələləri biznes baxımından düzgün analiz etmək və məhsul və xidmətlərin həm biznes, həm də texniki tərəflərini dərindən anlama bacarığına sahibdir.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56