Azərbaycan Respublikası Mərkəzi Bankında Açıq Bankçılıq (Open Banking) üzrə Product Owner kimi fəaliyyət göstərir.
Elmar Didəkənan bank və fintech sektorunda 12 ildən artıq peşəkar təcrübəyə malik məhsul idarəçisidir. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankında Açıq Bankçılıq (Open Banking) üzrə Product Owner kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti ərzində "ABB" ASC, "ATB" ASC, "PASHA Bank" ASC, "Kapital Bank" ASC və "AzInTelecom" MMC kimi ölkənin aparıcı maliyyə və texnologiya təşkilatlarında çalışmışdır. Müxtəlif dövrlərdə istehlak krediti məhsullarının, rəqəmsal ödəniş həllərinin, fintech məhsullarının, eləcə də bank və telekommunikasiya sektorunu birləşdirən innovativ xidmətlərin yaradılması və inkişafı üzrə strateji layihələrə rəhbərlik etmişdir. Bu layihələr çərçivəsində məhsul strategiyasının formalaşdırılması, bazar araşdırmalarının aparılması, məhsulun dizaynı, inkişafı və bazara çıxarılması proseslərini idarə etmişdir. Hazırda ölkə səviyyəsində həyata keçirilən strateji əhəmiyyətli Açıq Bankçılıq ekosisteminin inkişafına rəhbərlik edir. Fəaliyyəti banklar, fintech şirkətləri və digər maliyyə bazarı iştirakçıları arasında rəqəmsal əməkdaşlığın genişləndirilməsi, innovativ maliyyə xidmətlərinin inkişafı və müasir maliyyə texnologiyalarının tətbiqi istiqamətində davam edir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə MBA təhsili almışdır. Peşəkar inkişafına daim önəm verərək bir sıra beynəlxalq təlim və sertifikat proqramlarında iştirak etmiş, son olaraq Avstriyada Joint Vienna Institute (JVI) tərəfindən təşkil olunan "Selected Issues in the Regulation and Supervision of Fintech" beynəlxalq proqramını uğurla başa vurmuşdur. Əsas məqsədi Açıq Bankçılıq və maliyyə texnologiyalarının inkişafına töhfə vermək, banklar, fintech şirkətləri və digər ekosistem iştirakçıları arasında əməkdaşlığı gücləndirmək, innovativ maliyyə məhsullarının yaradılmasını təşviq etmək və rəqəmsal transformasiya vasitəsilə vətəndaşlar və maliyyə institutları üçün daha əlçatan, təhlükəsiz və dəyər yaradan xidmətlərin formalaşdırılmasına dəstək olmaqdır.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56